Çərşənbə , May 25 2022
Ana səhifə / Sosial / Kişilərə ödənişli atalıq məzuniyyəti bu qaydada veriləcək – VİDEO

Kişilərə ödənişli atalıq məzuniyyəti bu qaydada veriləcək – VİDEO

Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb. Layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.

Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə ailədə yeni dünyaya göz açmış uşağa baxmaq üçün hər hansı bir peşədə çalışan analara məzuniyyət verilir. Bu məzuniyyətin ailənin maddi durumuna mənfi təsir etməsini əngəlləmək üçün məzuniyyətdə olan anaya məzuniyyət pulu verilir. İndi isə qanunda nəzərdə tutulan əlavələrdən sonra, kişilərə də atalıq məzuniyyəti veriləcək.

Məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib ki, yenilik yalnız bir uşaq üçün nəzərdə tutulmayıb. Neçə övladı dünyaya gəlirsə, hər bir övlad üçün atalıq namizədinin bu məzuniyyəti götürmək hüququ olacaq.

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …