Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / “Kişi peşəsi”ndə işləyən qadın, qaynar termos, buterbrod və buzlamamaq üçün döşəkcə…

“Kişi peşəsi”ndə işləyən qadın, qaynar termos, buterbrod və buzlamamaq üçün döşəkcə…

Azərbaycanda 1,350 milyon avtomobil qeydiyyatdadır. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 1 milyonadək nəqliyyat vasitəsi Bakıdadır. Bununla əlaqədar olaraq paytaxtda parklama yerlərinin çatışmazlığı ilə bağlı problemlər mövcuddur.

Sputnik Azərbaycan ənənəvi olaraq kişi peşəsi hesab edilən peşələrlə məşğul olan qadınlardan bəhs edən “Qadın işi deyil” rubrikasını davam etdirir.

Artıq 20 ildən çoxdur ki, Adilə Hüseynova paytaxt sürücülərinə yol kənarlarındakı boş yerlərdə maşınlarığa kömək edir. O, AR Səhiyyə Nazirliyinin binası yaxınlığında avtomobil parklayıcısı işləyir. Qadın iş növbəsinə hər gün səhər saat 8.00-də çıxır və saat 17.00-a qədər işləyir. Baxmayaraq ki, yayın istisində, qışın soyuğunda da işləmək lazım gəlir, onun başqa çıxış yolu yoxdur. Çünki o, hazırda ailənin yeganə çörək gətirənidir. O, hərdən qızınmaq üçün özü ilə içində qaynar çay olan termos, buterbrod, soyuq daşın üstündə oturanda buzlamamaq üçün döşəkcə götürür.

Hüseynova 1993-cü ildə Ağdamdan məcburi köçkün düşüb və əri ilə birlikdə Bakıda məskunlaşıb. Ailə çoxsaylı itkilərlə qarşılaşıb. Ağdamda hərbi əməliyyatların gedişi zamanı Hüseynovanın qardaşı da daxil olmaqla bütün ailə üzvləri həlak olub. O, uşaqlarını itirib. Bizimlə söhbət zamanı Hüseynova həyatının bu faciəvi səhifəsini vərəqləməkdən imtina etdi. Göz yaşlarını gizlətməyə isə çətinlik çəkirdi.

Adilə Hüseynova
Adilə Hüseynova

Bakıya gələn cütlük uzun illər kirayə mənzildə yaşayaraq ticarət sahəsində pul qazanmağa çalışıb. Amma uğur onların tərəfində dayanmayıb. Hansı işə əl atıblarsa, uğursuzluğa düçar olublar.

1996-cı ildə Hüseynova Bakı Dəmiryol Vağzalının binası qarşısında avtomobil parklayıcısı işləməyə başlayıb. Bu işi ona əri tapıb. 2014-cü ildə Hüseynova “28 may” metro stansiyası ərazisindəki işini tərk etməli olub. Çünki şəhər rəhbərliyi kütləvi parklama yerlərinə avtomobil parkomatları qoymağa başlayıb.

Hüseynovanın sözlərinə görə, xoşbəxtlikdən, şəhər icra hakimiyyətində işləyən bir tanışlarının cütlüyə yazığı gəlib və onlar üçün Səhiyyə Nazirliyinin binası qarşısında ərazi ayırıb:

“Bizə 8 maşınlıq yer verdilər ki, heç olmasa, çörəkpulu çıxaraq”.

Cütlük artıq bir neçə ildir ki, burada işləyir və Nazirliyin binası qarşısındakı avtomobillərin parklanmasına kömək edir. Hazırda Hüseynovanın 63, ərinin isə 62 yaşı var. Onlar köhnə Volodarski adına tikiş fabrikinin yerindəki yataqxanada yaşayırlar. Əri artıq işləyə bilmir, çünki bu yaxınlarda gözündən əməliyyat keçirib. Qadın hazırda təkbaşına işləyərək ailəni dolandırır.

Baxmayaraq ki, ailə uzun illərdir dözülməz şəraiti olan yataqxanada yaşayır, indiyə qədər digər məcburi köçkünlər kimi daimi yaşayış yeri ilə təmin olunmayıb.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …