Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Kirayə mənzil axtaranların nəzərinə – VİDEO

Kirayə mənzil axtaranların nəzərinə – VİDEO

Ali məktəblərdə dərslərin ənənəvi və ya distant formada olması ilə bağlı konkret qərar verilməsə də, artıq tələbələr paytaxtda kirayə mənzil axtarmağa başlayıblar.

Reiltorlar deyirlər ki, uzun müddətdir durğunluğın yaşandığı kirayə mənzil bazarında hazırda canlanma var.

Reiltor Həşim Qədirov deyir ki, hazırda qiymətlərdə 15-20 faiz artım müşahidə olunur. Ancaq artımın bundan sonra da davam edəcəyi proqnozlaşdırılır.

Reiltorlar hətta bildirirlər ki, bəzi ev sahibləri hələ evlərini kirayə verməyə tələsmirlər. Onlar qiymətlərin bir qədər də artmasını gözləyirlər.

Əmlakçıların sözlərinə görə isə, hazırda ən çox tələbat əvvəlki illərdəki kimi hər bir şəraiti olan evlərə yox, məhz qiyməti münasib olan orta şəraitli evlərədir. Qiymətlərə gəlincə, bu il kirayə bazarında bahalaşma müşahidə olunur.

Ekspert həmçinin əlavə edib ki, əgər əvvəllər oğlan tələbələr ev tapmaqda çətinlik çəkirdilərsə, artıq son illər belə bir problem demək olar ki, yoxdur.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …