Çərşənbə , May 22 2024
Ana səhifə / Sosial / Kirayə evlər niyə bahalaşır? – Açıqlama

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan kirayə bazarında hazırda elə də ucuzlaşma müşahidə olunmur ”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, sovet dövründən qalan mənzil fondu olmasaydı, bu gün Azərbaycanda kirayə bazarındakı vəziyyət ümumiyyətlə, bərbad olardı. Çünki yeni tikili binalardakı mənzillərin həm satış, həm də kirayə qiymətləri çox yüksəkdir. Yüksəlməyə doğru da gedir. Çox insanın bu binalardakı məzilləri kirayələməyə gücü çatmır”.

Ekspert bildirib ki, hazırda həm dünyada, həm də ölkədə inflyasiya o qədər sürətlənib ki, qiymətlərin hansısa seqment üzrə azalması mümkün deyil: “Yəni, mövsümi amil kirayə qiymətlərinə o qədər də təsir etmir”.

Həmçinin oxuyun

Diplomları tanınmayan və ən çox imtina alan xarici universitetlər – Siyahı

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı tərtib edilib. Bu barədə …