Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Kirayə ev tapılmır, camaat çöllərdədir”

“Kirayə ev tapılmır, camaat çöllərdədir”

Bakıda ildən ilə artan, səma boyu uzanan göydələnlər paytaxt sakinlərinin ev dərdlərinə çarə olmayıb. Minlərlə vətəndaş yaşamaq üçün ən təməl ehtiyacdan – mənzildən məhrum qalıb. Evsiz əhali bir ucdan yüksələn kirayə qiymətlərilə üz-üzədir.

Əmlakçılar danışır ki, müştərilər ucuz qiymətə ev tutmaq üçün növbəyə düzülür, amma əmlak bazarında vəziyyət fərqlidir. İndi köhnə tikili binada 1 otaqlı mənzil kirayələmək 400-500 manat, yeni tikili binadan isə 600-700 manatdan başlayır.

20 ildir əmlakçılıqla məşğul olan Toma Rəhimova deyir ki, bina evlərinə büdcəsi yetməyən müştərilərinə şəhərdən daha uzaq əraziləri, həyət evlərini təklif edir.

Bəs kirayə qiymətləri niyə artır?

Ekspertlərin fikrincə, paytaxtda binaların söküntü bumu ilə bərabər kirayə evlərə olan tələbat artdı. Həmçinin, torpaq və mənzillərin satış qiymətlərinin yüksəlməsi, Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycana üz tutanların sayının artması qiymətlərin bahalaşmasına təsirsiz ötüşməyib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, kirayə qiymətləri ötən illə müqayisədə 12 faiz artıb. Ekspertin fikrincə, hökumət kirayə qiymətlərinin stabil saxlanması üçün sosial dövlət proqramları həyata keçirir.

İllərini əmlak sahəsində sərf edən əmlakçılar düşünür ki, əgər mənzil bazarında qiymətlər qalxırsa, geriyə dönüş mümkün görünmür.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …