Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Kimlərin pensiyalarına əlavələr olunacaq? – VİDEO

Kimlərin pensiyalarına əlavələr olunacaq? – VİDEO

Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək.

Ölkə başçısının sərəncamının əhatə dairəsindən danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov bildirib ki, bu sərəncam 2022-ci il yanvarın 1-dək pensiya təyin edilən, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilir.

Bu sərəncam hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və bu kateqoriyadan olan başqa pensiyaçılara xüsusi qayğının növbəti təzahürüdür.

Qeyd olunan maddi yardım vəfat edən hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və qulluq stajına gorə əlavə almaq hüququ olan şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.

Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …