Ana səhifə / Sosial / Kimlərin müavinəti nə qədər artdı? – VİDEO

Kimlərin müavinəti nə qədər artdı? – VİDEO

Prezident İlham Əliyev “sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Dövlət başçısının imzaladığı yeni fərman 14 kateqoriya üzrə vətəndaşlara şamil olunacaq. Bu kateqoriyalar və artımın məbləğləri barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinq keçirib. Daha ətraflı məlumatı süjetimizdən alacaqsınız.

“Prezident İlham Əliyev tərəfindən təqaüd və müavinətlərin artırılması ilə bağlı bu gün imzalanmış Sərəncam və Fərmanlar 732 min şəxsin sosial ödənişlərinin artımına səbəb olacaq”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Nazir müavini qeyd edib ki, artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Anar Kərimovun dözlərinə görə, yeni fərman və sərəncamlar əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını, 5-dən çox uşağı olan qadınları, 1 yaşadək uşağı olan aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, eləcə də işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edəcək. Həmçinin uşağın doğulmasına görə birdəfəlik və dəfn üçün birdəfəlik müavinətlər də artırılacaq.

Nazir müavini bildirib ki, yaşa görə müavinət 130 manatdan 180 manata qaldırılıb. Uşağın anadan olmasına görə ödənən birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət isə 300 manatdan 350 manata qədər artırılıb.

Nazir müavini bildirib ki, sosial islahatların aparılması üçün ötən həftə və bu həftə imzalanmış fərman və sərəncamlardan ümumilikdə 2 milyondan artıq vətəndaş bəhrələnəcək.

Anar Kərimov əlavə edib ki, bugünkü sərəncam 132 min doktorant və tələbəni də əhatə edəcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …