Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Kimlər insan alverinin qurbanı olur? – AÇIQLAMA

Kimlər insan alverinin qurbanı olur? – AÇIQLAMA

“Avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanlarıdır”.

Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Vamiq Namənzadə “İnsan alveri ilə mübarizədə diasporların rolu” mövzusunda bu gün keçirilən “dəyirmi masa”da deyib.

O, bunların “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapdığını bildirib:

“Gələcək qanunvericiliyin təkmilləşdirilməsi hissəsində bura miqrantları da əlavə etmək istəyirik. Həmçinin, bununla bağlı daima əhalinin həssas qruplarda maarifləndirmə işləri həyata keçiririk. İnsanlar getdikləri ölkənin qanunlarını da bilməlidirlər”.

Cebhe.info

Həmçinin oxuyun

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır …