Keşlədə zibil qutuları niyə qeybə çəkilib? – Şikayət+ VİDEO

Bu gün Bakı şəhəri, Keşlə qəsəbəsinin Babək prospektinə yaxın bir ərazisində – Nizami Abdullayev küçəsi,  “Avromed” dərman firmasının  mərkəzi ofisinin yerləşdiyi məhəllədə zibil qutuları yoxa çıxıb. Vətəndaşlar zibil tullantılarını atmağa yer tapa bilmirlər.  Azinforum.az-a  bu bardə öz şikayətini bildirən məhəllə sakini Ramil Fərəcovun sözlərinə görə, əvvəl zibi qutuları bir yerdə olub: ” Bütün məhəllə də zibilini həmin yerə atmağa öyrənmişdi. Sonra zibil qutularına yaxın yerdə yaşayan sakinlərdən biri həmin ərazidən qutuları götürüb və ərazidə xüsusi hazırlıq işləri aparır. Kənardan belə görünür ki, orda nəsə tikməyə hazırlaşır.  Zibil qutularının paylaşdırıldığı  yeni ərazilərə yaxın olan obyektlər də bununla razılaşmır. Faktiki olaraq elə vəziyyət yaranıb ki, sakinlər zibilini atmağa qutu tapa bilmir”. 

Azinforum.az olaraq biz hadisə yerinə gedərək məsələni aydınlaşdırmaq qərarına gəldik. Məlum oldu ki, həmin məhəllədə yaşayan bir vətəndaş evinin qarşısında yerləşən zibil qutularının qanunsuz olaraq yerini dəyişdirərək müxtəlif səmtlərə paylaşdırıb. Vətəndaş özünə obyekt tikməyə hazırlaşır,  yoxsa həmin zibil qutuları onun zövqünü pozur, bunu  bilmirik. Amma o, bilməlidir ki, aidiyyəti qurumların icazəsi və xəbəri olmadan bu işi tutduğuna görə, ciddi məsuliyyət daşıyır. Axı,  yerli bələdiyyənin bu zibil qutuları üçün təyin etdiyi xüsusi  yerlər var. Bu vəziyyət sakinlərin də xoşuna gəlmir. Vətəndaşlar bizimlə söhbətlərində bildirdilər ki, onlar  həmin vətəndaşa zibil qutularının yerini dəyişməyə icazə verməyiblər. Onlar bu halın  davam edəcəyi təqdirdə, bələdiyəyə və ya icra hakimiyyətinə şikayət edəcəklərini bildirirlər.  Ümidvarıq ki,  əlaqədar qurumlar yaranmış vəziyyətdən  xəbər tutandan sonra, problemin aradan qaldırılmasında maraqlı olacaqlar.

Niftulla QÜDRƏTOĞLU

Azinforum.az

 

Zdrave universal kremi zdrave forte