Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Keşlə qəsəbəsinə suyun verilişi tam bərpa edildi- Foto

Keşlə qəsəbəsinə suyun verilişi tam bərpa edildi- Foto

Bakının Nizami rayonu Keşlə qəsəbəsinə suyun verilişi tam bərpa olunub. Bu barədə məlumatı Azinforum.az-a qəsəbə sakinləri veriblər. Onların sözlərinə görə, qəsəbəyə  suyun verilişi dünən gecə saatlarından  hissə-hissə təmin edilib: “Bu gün səhərdən isə bütnün qəsəbə su ilə tam təmin olunub”.

Qeyd edək ki,  paytaxtın “Babək” prospektində aparılan  təmir işləri ilə əlaqədar olaraq, qəsəbəyə gedən boruların mərkəzi sistemə birləşdirilməsi ilə bağlı Keşlə qəsəbəsinə suyun verilişində  fasilələr yaranmışdı.  Bu müddət ərzində “Azərsu” və Nizami rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə xüsusi maşınlar əhalini  daima su ilə təmin edib.

 

Həmçinin oxuyun

Həftəsonu paytaxtda ağac “soyqırımı”

Həftəsonu paytaxtda hökm sürən güclü külək 40-a yaxın ağaca ziyan vurub. Bununla bağlı Oxu.az-a Bakı Şəhər …