Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Sosial / Kerrinin Moskva səfəri: ABŞ-ın yeni Qarabağ planı var

Kerrinin Moskva səfəri: ABŞ-ın yeni Qarabağ planı var

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı səfərinin ardından Moskvada ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək. Görüşdə Suriya, Ukrayna və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Kerrinin Moskva səfərini şərh edən millət vəkili Sahib Alıyev Moskvada müzakirə olunacaq məsələlərə diqqət etməyi məsləhət bilib:

“Yəqin sıralanmya fikir verdiniz. Apreldən üzü bəri bir neçə dəfədir ki, Kerri Lavrovla ya üzbəüz görüşlər olsun, ya telefon danışıqları məhz bu üç məsələdən birdən söz salır. Hər dəfə də Amerika tərəfi bununla bağlı açıqlama yayarkən öncə Suriya, sonra Ukrayna, daha sonra isə Dağlıq Qarabağ probleminin adını çəkirlər. Bu da elə-belə deyil. Vaşinqtondakılar bununla göstərirlər ki, onlar üçün önəmli olan Suriya və Ukrayna məsələlərində Moskvadan müəyyən güzəştlər əldə etməkdir. Əgər bunlar olacaqsa, onda Rusiyanın Dağlıq Qarabağ problemini təkbaşına həllinə maneçilik törətməycəklər. Yoxsa Kerrinin NATO-nun Varşava sammitində səsləndirdiyi “hərtərəfli həll” və “döyüşlərin yenindən başlanmasına imkan verməmək” kimi tələblər irəli sürməklə problemin həllini yenidən uzatmağa çalışacaqlar”.

S.Aliyev hesab edir ki, Rusiya Suriya məsələsində müəyyən güzşətlərə gedə bilər: “Ukrayna məsələsində bunun olacağına inanmıram. Dağlıq Qarabağ probleminə gəldikdə isə Lavrovun Bakı səfərinin ardından Kerrinin Moskvaya üz tutması ondan xəbər verir ki, Kreml Dağlıq Qarabağ probleminin tam da olmasa, müəyyən bir həddə qədər həllində həqiqətən də maraqlıdır və artıq nələrsə razılaşdırılıb. Qalır beynəlxalq normalar, haqq və ədalət deyil, öz maraqlarının peşində olan Amerikanı razı salmaq. Kimsə deyə bilər ki, Rusiya da öz maraqlarının peşindədir. Düz də deyər. Ancaq, məncə, hazırda Azərbaycanla Rusiyanın maraqları daha çox üst-üstə düşür”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar yalnız vaxt uzatmağa hesablanıb: “Münaqişənin həlli ilə bağlı irəli sürülən təkliflərin bir çoxu sirli pərdə arxasında gizlədilir. Lavrovun üzə çıxan planından mətbuata sızan məlumatlar Azərbaycan üçün o qədər də əlverişli deyil. Yaxud da heç əlverişli deyil. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ münaqişəsi üzrə diplomatik danışıqlar nə qədər sürətlənsə də, hələlik bu məsələdə Rusiya öz inhisarçı mövqeyini qoruyub saxlayır. ATƏT-in Minsk qrupunu, həmsədr dövlətləri də bir növ oyalamağa çalışır”.

Q.Hüseynli qeyd edib ki, Rusiya Qarabağda müharibəyə imkan vermək niyyətində deyil və ona görə də vaxtı uzatmağa hesablanan gedişlər edir: “İndi məsələ diplomatiya, sülh danışıqlarına kökləndiyindən Azərbaycan NATO-nun Varşava sammitində irəli sürülmüş və beynəlxalq hüququn normalarına əsaslanan prinsiplərin reallaşması üçün var gücünü sərf etməlidir”.

AzVision.az

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın