Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Keçmiş MTN-nin sabiq nazir müavininin atasına yeni vəzifə verildi – Administrasiyada!

Keçmiş MTN-nin sabiq nazir müavininin atasına yeni vəzifə verildi – Administrasiyada!

Xəbər verdiyimiz kimi, Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyin olunub. Bu vəzifəyə keçmiş telejurnalist Tural Museyibov gətilib.
Dövlət Dəniz Administrasiyasının bu təyinata qədərki mətbuat katibi Ərsalan Əliyev isə mətbuat katibi vəzifəsindən azad edilib.
Bununla belə, ona Dövlət Dəniz Administrasiyasında başqa vəzifə verilib. Belə ki, Ə.Əliyev Adminstrasiyada şöbə müdiri postuna təyinat alıb.
Qeyd edək ki, Ərsalan Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində nazir müavini olmuş general-mayor Elçin Əliyevin atasıdır.
General Elçin Əliyev 2015-ci ilin noyabrında Azərbaycan prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.
Xatırladaq ki, Ərsalan Əliyev uzun müddət AzTV-də çalışıb.
Modern.az

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın