Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Keçmiş icra başçısına yeni vəzifə verildi

Keçmiş icra başçısına yeni vəzifə verildi

Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib. M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın