Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Keçmiş icra başçısı YAP-dan çıxarılacaq

Keçmiş icra başçısı YAP-dan çıxarılacaq

Xəbər verdiyimiz kimi, Milli Məclisə keçiriləcək seçkilərdə Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov da 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. Hazırda “Salyan çörək” ASC-nin direktoru vəzifəsində çalışır. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Halbuki YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görmüşdü. Əks halda onların cəzalandırılacağı və YAP sıralarından uzaqlaşdırılacağı barədə xəbərdarlıq edilmişdi.

Virtualaz.org saytının Şirvan bürosu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılovun baş verənlərə münasibətini öyrənib.

R.Cəbrayılov bildirdi ki, YAP üzvü olan Yusif Ələkbərovla şifahi söhbət aparılıb və partiyanın siyahısından kənar namizəd olmasının məsləhət olmaması tövsiyə olunub: “Amma o, bu tövsiyələrə əməl etmədi. Ona görə də yaxın günlərdə YAP-ın Salyan rayon təşkilatının şura yığıncağında onun partiya məsuliyyəti məsələsinə baxılacaq. Çox güman ki, partiyadan xaric olunacaq”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın