Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Sosial / Kassalarda sizi necə aldada bilərlər? – Bir-iki mal alınıbsa… – VİDEO

Kassalarda sizi necə aldada bilərlər? – Bir-iki mal alınıbsa… – VİDEO

Rusiyalı mütəxəssis Alisa Xramova müştəriləri kassada aldatmağın ən geniş yayılmış üsulunu açıqlayıb.

“Çekdəki artıq mallar, kassada aldatmağın ən geniş yayılmış üsullarından biridir. Bir və ya iki mal alınıbsa, fırıldaqçılıq etmək kifayət qədər çətindir, amma çeşidlər çoxdursa, alıcını aldatmaq olduqca asandır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, fırıldaqçı kassirlər adətən özləri çekə əlavə mallar vururlar. Bəzən elə də olur ki, qalığı səhv qaytarırlar.

“Bütün mallar kassada skan edildikdən sonra, kassir qaydalara görə, alışın ümumi dəyərini, sonra alıcıdan alınan pulun və qalığın məbləğini açıqlamalı və sonra onu çeklə birlikdə verməlidir”, – deyə Xramova qeyd edib.

Eyni zamanda, başqa bir oğurluq üsulu da məhsuldakı barkodun dəyişdirilməsidir. Bu vəziyyətdə bahalı məhsul, ucuz olanın barkodundan istifadə edərək kassada skan edilir. Digər hallarda, kassirlər iki məhsulun birinin qiymətinə alına biləcəyi 1+1 kimi kampaniyalar barədə müştərilərinə məlumat vermir və ya bilərəkdən xatırlatmırlar. Satıcı iki məhsulu çekə daxil edir, lakin alıcı kampaniyadan bixəbər olaraq bir məhsulla gedir, onu aldadan kassir isə ikinci məhsulu özünə saxlayır.

Bir başqa aldatma yolu da müştərinin yığdığı kart əvəzinə özününkünü skan edir, bu zaman ballar müştəriyə deyil, ona verilir.

https://daytube.az/az/embed/107376

Oxu.az

Həmçinin oxuyun

Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur VİDEO

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan …