Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Kasko yoxsa İcbari sığorta? – VİDEO

Kasko yoxsa İcbari sığorta? – VİDEO

Avtomobilin icbari sığortası zamanı maksimum 5 min manatlıq təminat sürücüləri qane etmir. Çünkü son vaxtlar ehtiyat hissələri xeyli bahalaşıb və işçi haqları artıb. Buna görə də, qəza zamanı dəymiş zərərin məbləği 5 min manatdan yüksək olan hadisələrin sayı çoxalıb. İnsanlar bu halda yönəlirlər KASKO sığortaya. Bəs bu sığorta növününü almaq əlçatandırmı və sürücüləri hansı risklərdən sığortalayır?

Avtomobillərin kasko sığortasına maraq artıb. Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, bu il yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kasko sığorta növü üzrə yığımlar 743 min manat artaraq, 18.8 milyon manat olub.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, son vaxtlar dəymiş zərərin məbləği 5 min manatdan yüksək olan qəzaların sayı artıb. Xüsusilə də yeni model avtomobil sahibləri qəzalar zamanı dəymiş yüksək zərərdən sığortalanmaq üçün KASKO sığortaya üstünlük verirlər. 

Kasko ilə sığortalı ilə sığortaçı arasında bağlanan müqaviləyə əsasən, avtomobil sahibinin məsuliyyətini əhatəli sığortalamaq mümkündür. Bu sığorta məhsulunu alan zaman təminat 5 min manat deyil, avtomobilinin dəyəri qədər olur.

Sığorta məbləğinə gəldikdə isə Vüsal Bədəlov deyir ki, məbləğ müqavilə şərtlərindən asılı olaraq arta və ya azala bilər. 20 min manatlıq nəqliyyat vasitəsinin KASKO sığortası təxminən 500-700 manata başa gəlir. Əgər nəqliyyat vasitəsinə 70%-dən artıq ziyan dəyirsə, avtomobilin bazar dəyəri sığortalıya tam ödənir

Bu ilin ilk altı ayı ərzində KASKO üzrə sığortalılara verilən ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 1.1 milyon manat artaraq 8.3 milyon manat təşkil edib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …