Ana səhifə / Sosial / Karvan” istirahət mərkəzində 35 ədəd qovaq ağacı kəsildi – Nazirlik prokurorluğa verdi

Karvan” istirahət mərkəzində 35 ədəd qovaq ağacı kəsildi – Nazirlik prokurorluğa verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.
Mia.az nazirliyə istindən bildirir ki, araşdırma zamanı ağacların “Karvan” istirahət mərkəzinin icarəçisi   Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Həmçinin oxuyun

Bakıda binada olmayan mənzil satılıb – Video

Bakıda cəmi 119 mənzili olan binadan 120-ci mənzil satılıb. Həmin mənzil üçün 50 min manata …