Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Kardeşler” nöqsanlara görə cərimələndi – FOTOLAR

“Kardeşler” nöqsanlara görə cərimələndi – FOTOLAR

Bakıda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Servet Akkuşa məxsus “Kardeşler” un məmulatları ictimai iaşə müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə, temperatur rejiminə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …