Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Karantindən sonra cərimələr bağışlanacaq? (VİDEO)

Karantindən sonra cərimələr bağışlanacaq? (VİDEO)

Aylardır ki, karantin rejim qaydalarını pozanlara inzibati qaydada cərimələr yazılır. Bəziləri iddia edir ki, onsuz da silinəcək, bəziləri isə heç vaxt bu cəriməni ödəməyəcəyini deyir. Amma qunun tamam fərqli qaydaları müəyyən edib.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Fərhad Kazımov – Hüquqşünas: “Fiziki şəxslər 100, hüquqi şəxslər 1500-2000 min manat, vəzifəli şəxslərə 5 min manat cərimə nəzərdə tutulur. Eyni zamanda 30 sutkaya kimi həbs də mümkündür”.
Karantin rejimi qaydalarını pozan şəxs barəsində tərtib edilən protokoldan məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. Bu müddət ərzindən əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minir.
Fərhad Kazımov – Hüquqşünas: “Onda o mütləq ödənilməlidir. 10 gün sonra qüvvə mindikdə dərhal ödənməlidir. Onun əmlakına və digər mülkiyyətinə məhdudiyyətlər qoylur”.
Cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına belə məhdudiyyət qoyula bilər.
Qeyd edək ki, karantin rejim qaydalarının pozulması hallarına görə, 54 mindən çox hərəkət iştirakçısı cərimə edilib.Məsuliyyətə cəlb edilən hüquqi və vəzifəli şəxslərlə bağlı məlumat isə açıqlanmır.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …