Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Karantin zamanı yazılan cərimələr qaytarılacaq? – Video

Karantin zamanı yazılan cərimələr qaytarılacaq? – Video

Türkiyədə koronavirusa görə maska taxmayanlara tətbiq edilən cərimələr qaytarılır. Bəs Azərbaycanda necə vətəndaşlara karantin qaydalarının pozulmasına görə ödədikləri cərimələr geri veriləcəkmi?
Vətəndaşların əksəriyyəti cərimələrin qaytarılmasının tərəfdarı olduqlarını bildiriblər.
“İnsanların maddi vəziyyəti nəzərə alınmalıdır. Çox adam haqsız yerə cərimələnirdi. Elə vəziyyət olub ki, kimsə təcili aptekə gedib, SMS yazmağa imkanı olmayıb. Həmin cərimələr silinməlidir” kimi fikirlər sənləndirilib.
Məsələ ilə bağlı açıqlama verən millət vəkilləri isə cərimələrin qaytarılmasına birmənalı yanaşmayıblar. Bunun insanlarda məsuliyyətsizliyə gətirib çıxara biləcəyini vurğulayıblar.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …