Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / Karantin rejimi sərtləşdirilə bilər – “Pandemiya davam edir”

Karantin rejimi sərtləşdirilə bilər – “Pandemiya davam edir”

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halı nəzərəçarpacaq dərəcədə azalıb. Bəzən bu rəqəm 6-76 civarında olur.

Bununla paralel olaraq Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda karantin rejimi 2023-cü il 1 yanvar saat0 06:00 kimi uzadılıb.

Son günlər ölkədə yoluxma sayının kəskin azalmasını nəzərə alsaq, karantin rejiminin vaxtının uzadılması sual doğurur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında ölkədə pandemiyanın hələdə davam etdiyini bildirib:

“Dünya Səhiyyə Təşkilatının pandemiyanın sona çatması ilə bağlı raportu hələki ortada yoxdur. Ona görə də  karantin davam edir. Sadəcə olaraq, yumşalmalar sayəsində biz onu hiss edə bilmirik. Amma karantin hələ də davam edir və pandemiyanın sonuna qədər karantin dünyanın hər yerində davam edəcək. Epidemoloji vəziyyətlərdən asılı olaraq karantin rejimi sərtləşdirilə də bilər, yumşala da”.

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …