Ana səhifə / Sosial / Karantin rejimi ləğv edilir? – AÇIQLAMA

Karantin rejimi ləğv edilir? – AÇIQLAMA

“Son zamanlar ölkədə qeydə alınan epidemioloji vəziyyətlə bağlı yoluxma sayında azalan dinamikanı görürük və təbii ki, hadisələrin belə cərəyan etməsi yumşalmaların olacağı ehtimalını artırır”.

Bunu Pravda.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla bildirib.

A.Qeybulla qeyd edib ki, bəzi ölkələrdə qapalı məkanlarda, ictimai nəqliyyatda maska məcburiyyəti aradan qaldırılıb: “Məsələn, Almaniyada maska məcburiyyəti aradan qaldırılıb. Yəni belə yumşalmalara getməkdə mənfi heç bir hal yoxdur. Amma yenə da qeyd etməliyik ki, omikron heç də mutasiyaya uğrayacaq son ştamm deyil. Bundan sonra başqa ştammlar da ola bilər. Lakin görürük ki, əvvəlki ştammlarla müqayisədə o kifayət qədər zəifləyib. Belə davam edəcəyi təqdirdə isə, bu hal pandemiyanın sonunu gətirib çıxarmış olacaq. Karantin rejiminin tamamilə ləğv edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının bəyanatı olmadan bu şəraitdə yaşamağa davam edəcəyik. Müəyyən qadağalar hələ də qüvvədə olacaq”.

Adil Qeybulla həmçinin bildirib ki, RNT daşıyıcı viruslar daim mutasiyaya uğradığından sonrakı inkişafı haqqında dəqiq proqnoz vermək mümkün deyil: “”Məsələn, dünyada qrip virusunun gələcəkdə təhlükəli bir formasının yayılması gözlənilir və bu mütləq olacaq, çünki bu elmi bir prosesdir və mutasiya nəticəsində baş verəcək. Ona görə də mutasiyaların gedişini bilmək olmur. Ancaq ümid edək ki, bu il biz COVİD-19 pandemiyası ilə vidalaşarıq. Azərbaycana gəldikdə isə artıq COVİD-19 virusuna qarşı kollektiv immunitetin yarandığını düşünürəm”.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …