Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Karantin rejimi ilə bağlı qərar verilə bilər

Karantin rejimi ilə bağlı qərar verilə bilər

“Hazırda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, amma yoluxma sayı 1300 nəfəri keçib. İctimai nəqliyyat fəaliyyətini bərpa etsə, yoluxmaların sayı kəskin artacaq”.

Bunu Pravda.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.

Həkim infeksionist bildirib ki, mövcud epidemik vəziyyət mart ayı üçün proqnozlaşdırılan idi: “Bayramla əlaqədar təmasın, insanların bir bir-birlərinə gediş-gəlişinin artması nəticəsində yoluxma sayında artım olacağı gözlənilirdi. Qapanmanın tərəfdarı deyilik, ona görə də insanlar məsələyə daha ciddi yanaşmalıdırlar ki, bu virusun öhdəsindən gələ bilək”.

V.Cavadzadənin fikrincə, ictimai nəqliyyatın fəaliyyəti bərpa edilərsə, yoluxma sayında kəskin artım müşahidə ediləcək: “İndiki dövrdə ictimai nəqliyyatın dayandırılması müsbət addımdır. Yoluxma sayındaki artım da bu cür davam edərsə, dövlət karantin rejimi ilə bağlı bir sıra tədbirlər görməlidir”.

İnfeksionistin sözlərinə görə, hazırda yoluxmaların əsas yükü kafe-restoranların payına düşür: “Restoranlarda “vur-çartlasın”dır, hamı ad günü keçirir, insanlar bayramları, xeyir işləri qeyd edirlər. Sosial məsafə gözlənilmir, dezinfeksiya işləri aparılmır və s. Bu səbəbdən yoluxmaların artmasının əsas səbəbi məhz avtobuslar və kafe-restoranlardır”.

Qeyd: Azərbaycanda ötən gün koronavirus infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb, 18  nəfər isə “COVID-19”dan vəfat edib.

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …