Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Karantin qaydalarını pozaraq Qaxa istirahətə gedənlər cərimələnib

Karantin qaydalarını pozaraq Qaxa istirahətə gedənlər cərimələnib

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gələn şəxslər müəyyən edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …