Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Karantin qaydalarını pozanlar 100 manat cərimələndi – Fotolar

Karantin qaydalarını pozanlar 100 manat cərimələndi – Fotolar

Bakı şəhərinə gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər ciddi cəzalandırılır.

Bu barədə Daxili İşlər Nazirliyindən daxil olan məlumatda deyilir:

“Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur. Bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib. Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.

Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib. 

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir. 

Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar
Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar
Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar
Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar
Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar
Karantin qaydalarını pozanlar 100 manat cərimələndi - Fotolar

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …