Ana səhifə / Sosial / Karantin cərimələri silinir? – VİDEO

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir.

Bəs pandemiya şərtlərinin pozulmasına görə yazılmış cərimələr silinə bilərmi?

Pravda.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Xəyal Bəşirov bildirib ki, qanunvericilikdə bunu qadağan edən müddəa yoxdur. Yəni, cərimələrin ödənilməsində çətinlik çəkən şəxslərlə bağlı belə tədbirin nəzərdə tutulması mümkündür.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də eyni fikirdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı pandemiya ilə mübarizə tədbirlərinə qarşı ən çox anlayış göstərən xalqlardan biri oldu və vətəndaşların böyük əksəriyyəti karantin qaydalarına əməl etməyə çalışdı. Müvafiq orqanların da eyni jesti vətəndaşlara etməsi alqışalayiq olardı.

Millət vəkili deyib ki, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcək.

Razi Nurullayevin sözlərində görə, cərimələrin tətbiqi insanlarda məsuliyyət hissini artırmaq məqsədi daşıyırdı ki, buna da nail olunub. Eyni zamanda vaksinasiya prosesi də sürətlə davam edir. Odur ki belə cərimələrin ləğvi vacibdir.

Həmçinin oxuyun

Mənzil bazarında bu evlərə kirayəçi tapılmır

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı …