Bazar , Yanvar 24 2021
Ana səhifə / Sosial / “Kanalizasiya xəttini biz yox, dövlət çəkməlidir…”- Kürdəxanı bələdiyyəsi

“Kanalizasiya xəttini biz yox, dövlət çəkməlidir…”- Kürdəxanı bələdiyyəsi

Kürdəxanı qəsəbəsində yolların bərbad vəziyyətdə olması və qəsəbədəki yeni yaşayış massivlərində kanalizasiya xəttinin olmaması ilə bağlı problemləri işıqlandırmışdıq. Bu dəfə çalışdıq ki, problemə cavabdeh şəxslərin də mövqeyini öyrənək.
Məsələylə bağlı Moderator.az -ın əməkdaşı Kürdəxanı bələdiyyəsi ilə əlaqə saxlayaraq suallara cavab istəyib. Qəsəbə bələdiyyəsindən isə cavab belə olub:
“Qəsəbədə kanalizasiya xəttinin çəkilməsi bizim səlahiyyətimizdə deyil. Bununla bağlı dövlət proqramı var və yaxın gələcəkdə yeni yaşayış massivlərində də kanalizasiya xəttləri yəqin ki, çəkiləcək. Bununla bağlı Pirşağı qəsəbəsində də hazırlıq işləri gedir. Yolların təmirinə gəldikdə isə, biz bacardığımız qədər çalışırıq ki, yolları təmir edək. Bununla balı hansı küçədən sakinlər müraciət edibsə, biz həmin küçəni təmir etmişik. Müraciət olmayanda, biz hansı küçənin yollarında problem olduğundan xəbərsiz oluruq”.
Əməkdaşımızın yeni yaşayış massivinin analoqu olmayan yollarını təqdim edirik. Ümidvarıq ki, qəsəbə bələdiyyəsi “Kürdəxanı qəsəbəsi yeni yaşayış massivi”nin də yollarını təmir edəcək.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …