Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır? – VİDEO

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır? – VİDEO

Bir müddət əvvəl mətbuatda Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda daşan kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı xəbəri yayıldı. 

H.Əliyev küçəsi 36 ünvanında kanalizasiya suları sözün həqiqi mənasında bulaq kimi “aşıb-daşır”. 

Bu da gediş gəlişdə çətinlik yaradır. Yola yığılan çirkab sakinlər arasında daha çox “120 nömrəli avtobusun axırıncı dayanacağı” kimi tanınan ərazidən başlayaraq, bir neçə nöqtədə Ceyranbatan su anbarına axıdılır. Suyun çıxdığı yerdə torpaq hissə qazılıb və axıntı minlərlə evin içməli su mənbəyi olan anbara doğru istiqamətləndirilib. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, “yuxarı hissələrdə çəkilən kanalizasiya xətlərinin sistemə tam qoşulması təmin olunmayıb. Ona görə orada baxış quyusunda qaynama var.

Axıntının Ceyranbatan su anbarına heç bir qarışacağı yoxdur. Həmin sahildə bir gölməçə var, həmin bu axıntı su da ora axır”. 

 A.Cəbrayıllı onu da qeyd etdi ki, bəhs edilən ərazidə kanalizasiya xəttinin tikintisinə Bakı Mühəndislik Universiteti tərəfdən başlayaraq, Xırdalan istiqamətində davam edilib. Yaxın vaxtlarda 2 ədəd 12 metrlik yeni kollektor çəkilib mövcud olana birləşdiriləcək ki, bununla da problemin qarşısı tamamilə alınacaq. 

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …