Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Kanada XİN rəhbəri çağırış etdi – “Atəşkəsi bərpa edin”

Kanada XİN rəhbəri çağırış etdi – “Atəşkəsi bərpa edin”

Kanadanın Xarici İşlər naziri Stefan Dion Dağlıq Qarabağda münaqişə tərəflərinə müraciət edərək onlar təmkinli olmağa çağırıb.

” Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, bu barədə Kanada XİN rəsmi saytındakı məlumatda deyilir.

“Kanada Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Biz tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu fəal şəkildə davam etdirməyə çağırırıq”, məlumatda qeyd olunur.

S.Dion bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın