Cümə , Avqust 14 2020
Ana səhifə / Sosial / Kamran Əsədov: “Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil”

Kamran Əsədov: “Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil”

Təhsil eksperti Kamran Əsədov Baş Nazir Əli Əsədovun bu gün təhsil haqqı ilə bağlı imzaladığı qərarı şərh edib.

Ekspert bildirib ki, qərar təhsil haqlarının artırılması demək deyil:
“Dostlar, baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil. Təhsil haqları o qədər artırılmır. Qeyd olunan məbləğ break-even point (zərərsizlik nöqtəsi) və ya adambaşına düşən təhsil xərcidir”.
“Misal üçün, keçən il eyni cədvəldə Heykəltəraşlıq 6000 manat idi, amma abituriyent 4 jurnalında 2500 manat idi. Və ya 2019-cu ildə eyni cədvəldə dirijorluq 3900 manat idisə, abituriyent 4 jurnalında 2000 manat idi. Və ya Müalicə işi müvafiq cədvəldə 5400 manat idisə, abituriyent jurnalında 4500 manat idi.
Bir də yazım, baş nazirin bu günkü qərarı təhsil haqqının artırılması demək deyil”, – deyə Kamran Əsədov izah edib. Qaynarinfo 

Həmçinin oxuyun

Bu gün yağış yağacaq, dolu düşəcək

Azərbaycanda avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın …