Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul ediləcək

Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul ediləcək

Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir.


Qazet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində kafe və restoranların açılacağı barədə məlumat verilib.


Səhiyyə Nazirinin müavini Viktor Qasımov Qazet.az-a açıqlamasında bildirib ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmdə olan məsələlərlə bağlı brifinq keçirəcək.


“Ölkədə koronavirus pandemiyasının gedişi ilə bağlı ətraflı məlumat brifinqdə veriləcək”, – deyə nazir müavini vurğulayıb.


Qeyd edək ki, kafe və restoranların fəaliyyətini bərpa etməsi və regionlara gediş-gəlişlə bağlı rəsmi açıqlamanın olması da gözlənilir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …