Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərə də çıxarış veriləcək

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərə də çıxarış veriləcək

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar üçün, yəni vətəndaşın əlində bağçılıq sənədi ilə olan torpaq sahələri üçün də çıxarış əldə etmək mümkün olacaq. Eləcə də həmin təyinatlı torpaq sahələrində tikilmiş evlərə də çıxarış veriləcək.

Bunu daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib.

O qeyd edib ki, bəzi kənd təsərrüfatı təyinatlı torpaqlar, yəni bağçılıq sənədi ilə alınmış torpaqlarda evlərin sayı çox olduğundan artıq massivləşib. Gələcəkdə həmin torpaq sahələrinin və evlərin də daşınmaz əmlak olaraq qeydiyyata alınması nəzərdə tutulub.

Daşınmaz əmlakın qeydiyyatanın aparılması üçün əsas olan sənədlər isə qanunvericilikdə tam təsbit olunub. Yəni hazırda bu sənədlərə sahib olan vətəndaşlar daşınmaz əmlakları üçün asanlıqla çıxarış ala bilərlər. Lakin bəzi vətəndaşlar isə çıxarış almaqda müəyyən çətinliklərlə üzləşəcəklər.

Elşad Məmmədov bildirib ki, indi daşınmaz əmlakların qeydiyyata alınması qaydası asanlaşdırılıb. Hazırda bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir prosedurla həyata keçirilir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …