Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daha bir şirkət yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daha bir şirkət yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Green Park Azerbaijan” MMC yaradılıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.

Cəmiyyəti qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.

Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli “Green Park Azerbaijan”a direktor təyin olunub.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …