Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək

Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək

Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda deyilir.

Məlumata əsasən, Prezident İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək.

Aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.

Bundan əlavə, uni­versitet abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …