Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Kərimovun komandası “vurulur” – “Oğulun” “ata”ya gizli zərbəsi

Kərimovun komandası “vurulur” – “Oğulun” “ata”ya gizli zərbəsi

Özbəkistanda İslam Kərimov vəfat edəndən sonra onun komandasına qarşı təmizləmə əməliyyatı başlayıb.
Kərimovun səlahiyyətlərini icra edən Şövkət Mirziyoyev “böyük təmizləməni” Daşkənd və Cizakdan başlayıb.
Ş.Mirziyoyev təmizləməni “təsərrüfat yoxlaması” adı altında aparır.
Onun 20 sentyabr 2016-cı il tarixli fərmanı ilə “işdə sistematik çatışmazlıqlara görə” Daşkəndin baş məmurlarından olan Mirzə Uluqbek rayonunun rəhbəri və Daxili İşlər Şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. Rayon idarələrinin rəhbərlərinə, prokurora və vergi əməkdaşlarına ciddi töhmət elan edilib.
Sentyabrın 16-da isə Mirziyoyev Cizak əyalətinin rəhbərini, prokurorunu, həmçinin, bir sıra rayon rəhbərlərini “işdə buraxılmış ciddi çatışmazlıqlara görə” postlarından uzaqlaşdırıb.
Ekspertlər bunu Kərimovun komandasının təmizlənməsi kimi qiymətləndirirlər.
Görünür, Ş.Mirziyoyev ictimaiyyət arasında Kərimovu “ata” adlandırsa da, mərhum prezidentin tərəfdarlarının nazı ilə oynamaq fikrində deyil.
Hüquq müdafiəçisi Uktam Pardayev “Azadlıq” radiosunun özbək xidmətinə açıqlamasında bildirib ki, Mirziyoyevin Daşkənddən sonra Cizak rayonuna gəlməsi əbəs yerə deyil: “Əsas səbəb odur ki, Mirziyoyev burada doğulub, böyüyüb. Buraya bir müddət rəhbərlik edib. Ona görə də prezidentliyə namizəd kimi ilk olaraq Cizaka gəldi”.
Ekspertlərin fikrincə, bu təmizləmə Mirziyoyevə gələcək iqtisadi islahatlarda öz yolunu açmaq üçün lazımdır.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi  Stanislav Pritçin güman ki, Mirziyoyev qarşısında böyük məsələləri qoyub.
“Özbəkistanda iqtisadi problemlər aydındır. Misal üçün, bir milyon insan iş axtarmaqla məşğuldur. Ən böyük problem məşğulluqla bağlıdır. Peşə-texniki məktəblərin 480 min məzunu əmək bazarında işsiz qalıb. Hesab edirəm ki, Özbəkistanda sənayenin inkişafı sürətləndiriləcək və bu mərhələdə bütün rəhbərlik birgə mövqe sərgiləyəcəklər. Çünki hamı anlayır ki, bu çətin dövrü birgə keçmək lazımdır”, – deyə Pritçin bildirib.
İqtisadiyyat İnstitutunun post-sovet tədqiqatlar mərkəzinin sektor müdiri Yelena Kuzmin hesab edir ki, Özbəkistanın yeni prezidenti iqtisadi dəyişikliklərə çox səy göstərəcək: “Özbəkistan post-sovet məkanının şaxələndirilmiş iqtisadiyyata malik azsaylı ölkələrindəndir. Çin və Rusiya ən böyük ticarət tərəfdaşlarındandır, lakin Türkiyə və qonşu Qazaxıstanla da effektiv əməkdaşlıq edilir. Yaponiya, Cənubi Koreya və bəzi Avropa ölkələri ilə də iqtisadi əlaqələr qurulub. Bu Özbəkistanın üstünlüyüdür”.
Rusiyalı politoloq Nikita Mendkoviç hesab edir ki, Özbəkistanda “məişət” məhdudiyyətləri var: “Lakin bunu tam olaraq totalitarizmlə izah etmək olmaz. Bu əsasən terrorçuluqla bağlıdır. Terror təhlükəsinə görə nəqliyyatda tez-tez yoxlamalar aparılır. Yaşayış yerləri daima nəzarət altındadır. Nəzərə almaq lazımdır ki, Özbəkistan sərhədlərində olan Əfqanıstanda 15 ildir vətəndaş müharibəsi gedir”.
Rusiyalı ekspertlər Kərimovun gedişindən sonra Özbəkistan nə siyasi, nə də iqtisadi xaosa yuvarlanacağı ilə bağlı fikirlərlə razıdırlar.(Publika.az )

Həmçinin oxuyun

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. Qaynarinfo …

Bir cavab yazın