Ana səhifə / Sosial / Kəmaləddin Heydərov pakistanlı generalla görüşdü

Kəmaləddin Heydərov pakistanlı generalla görüşdü

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

FHN-dən Axar.az-a verilən məlumata görə, K.Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib.

 

O, qonaqlara FHN-nin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən general Rəşad Mahmud fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlığın Pakistan üçün əhəmiyyətli olduğunu deyib. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın