Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Kəlbəcər kürdlərinə dedim ki, ermənilər gələndə bayraq qaldırsınlar…” – Vəkil Mustafaye

“Kəlbəcər kürdlərinə dedim ki, ermənilər gələndə bayraq qaldırsınlar…” – Vəkil Mustafaye

1992-ci ilin yazında Laçının işğalı ərəfəsində olduğu kimi, Rusiya, Qərb və Ermənistan tərəfindən dəstəklənən və kürd xalqına yox, özlərinin maddi-siyasi, xarici ağalarının isə geosiyasi maraqlarına xidmət edən bir qrup separatçı, geri zəkalı kürd “ziyalısı” 1993-cü ilin əvvəllərində – Kəlbəcərin işğalından öncə də  fəallaşmışdılar…   
Moderator.az xarici mediaya istinadla illərlə Azərbaycanın çörəyini yedikdən sonra 1992-ci il iyunun 9-da Laçında “Qafqaz Kürdistanı”nı elan edən (bax: video:(https://www.youtube.com/watch?v=phrpPBn-PFg))separatçılara başçılıq etmiş, sovet dövründə Naxçıvan Muxtar Respublikasınn Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin rəisi işləmiş, eləcə də indiki Şirvan (Əli-bayramlı) rayonunun Daxili İşlər Şöbəsində məsul vəzifələrdə olmuş, Azərbaycan DİN-in keçmiş podpolkovniki Vəkil Mustafayevin Kəlbəcərin işğalı günlərindəki bədnam fəaliyyətini araşdırıb.
Hazırda  İtaliyanın Ankona şəhərində yaşadığı bildirilən və özünü “Qafqaz Kürdstanı”nın prezidenti, “Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdüstanı Azadlıq Hərəkatı” İdarə Heyətinin sədri kimi təqdim edən bu məxluq 1993-cü il martın əvvəllərində Qarabağın separatçı və terrorçu ermənilərinin lideri, sonradan Ermənistanın prezidenti olacaq Robert Köçəryanla dəfələrlə telefon əlaqəsi saxlayıb və görüşüb…
Bu barədə  79 yaşlı separatçı özü 2013-cü ildə  İraq kürdlərinin Pukmedia.com saytına  danışıb və “Laçın tələsi” adlı məqaləsində də bəhs edib. Qeyd edək ki, 1992-ci ili iyununda Laçında  “Qafqaz Kürdüstanı” yaradıldığını bəyan etsə də, bu xülyasını müxtəlif ölkələrə xidmət edən kürd separatçıları arasındakı ziddiyyətlər səbəbindən  davam etdirə bilməyən Vəkil Mustafayev Rusiya və İrəvana sığınır. Separatçı özü nəql edir ki,  Laçının işğalından sonra İrəvanda  onun da iştirakıyla ilə Qarabağ müharibəsinə həsr olunmuş beynəlxalq  tədbir(?) keçirilib.  V.Mustafayev iddia edir ki, guya məhz özünün fəallığı sayəsində Amerikanın məşhur Qobl planı, yəni Mehri ilə Laçın dəhlizinin dəyişdirilməsi planı baş tutmayıb:“Həmin tədbirdə Azərbaycan və Türkiyə nümayəndələri də çıxış etdilər və bildirdilər ki, Laçınla Mehri dəyişilməlidir. Yəni Ermənistan Qarabağla, Azərbaycan isə Naxçıvanla birləşməlidir. Mən onlara dedim ki, Laçın Qafqaz Kürdüstanın paytaxtıdır və heç kimə ixtiyar verilməyib ki, ona toxunsun. Bu çıxışımdan sonra ATƏT-in Minsk Qrupu tədbiri bağladı…”
Xəyanətkar “kürd lideri”nin hələ sovet dövründən bəri başlanan məkrli fəaliyyəti barədə, inşallah, məqamı gəldikcə bəhs edəcəyik.
Qırğızıstanda  “KQB” məktəbi  keçmiş V.Mustafayev Kəlbəcərin işğalı ərəfəsində Robert Köçəryanla görüşləri barədə bunları deyir:
“1993-cü ili martında Qarabağı rəhbəri Koçaryan  məni Stepanakertə dəvət edərək dedi ki, tezliklə Kəlbəcəri azad edəcəklər. Lakin qorxurlar ki, Azərbaycan hakimiyyəti Laçında olduğu kimi,  Kəlbəcərdən də Kürdüstanın bərpa olunmaması üçün kürdləri çıxarsınlar. R.Köçəryanın dedikləri ilə razılaşaraq mən də  Azərbaycan qoşunlarının kürdlərdən “qurbanlıq” kimi istifadə etməklə onlarda ermənilərə qarşı nifrət yaradaraq kürdlərin müstəqillik tələblərinə nöqtə qoyacaqlarından ehtiyat etdiyimi bildirdim… Beləliklə, biz Köçəryanla başqa variant tapmayaraq Kəlbəcər kürdlərini xəbərdar etmək qərarına gəldik. Bunu isə yalnız telefon vasitəsilə etmək mümkün idi. Mən Koçəryana dedim ki, siz Kəlbəcəri necə azad edəcəksiz ki, ora dağlıq yerdir, bu, çətin ola bilər. O isə cavab verdi ki, Vəkil, narahat olma, hər şey həll olunub, çox qan tökülməyəcək. Planlarımızın detallarını müzakirə etdikdən sonra Köçəryandan xahiş etdim ki, mən Tiflisdən qayıtmadan Kəlbəcər əməliyyatına başlamasınlar. Ertəsi gün Tiflisə yollandım. Orada Gürcüstanın kürd liderləri: Yuri Nəbiyev, Karome Ankosi, Lamara Paşayeva, Orduxan və digərləri ilə görüşdüm. Onlara yaranmış vəziyyət barədə məlumat  verdikdən sonra Bakıya zəng etdim. 10 gün  ərzində mən dəfələrlə “Yakbun” prezidenti M.S.Вabayevlə(“KQB” yetirməsi sovet dövründə Azərbaycanda  yüksək vəzifələr tutub-S.L.),  Laçının “Sovet Kürdüstanı” qəzetinin redaktoru olmuş Kamil Həsənovla Kəlbəcər kürdlərinin lideri məşhur siyasətçi və yazıçı Şamil Əsgərovla, yazıçı Əhməd Apo və telefon nömrələri məndə olan digər kürdlərlə danışdım. Onları tezliklə ermənilərin Kəlbəcərə hücum edəcəyi barədə xəbərdar etdim. Eyni zamanda onlardan təkidlə xahiş etdim:”Əgər Kəlbəcər kürdləri öz torpaqlarında qalmaq və müstəqil Kürdüstanın bazası olmaq istəyirlərsə, qoy onda erməni qoşunlarının hücumu zamanı öz kəndləri və yaşayış məhəllələri üzərində  kürd bayrağı, yaxud ağ mələfə qaldırsınlar ki, atəşə məruz qalmasınlar. Yox əgər bunu istəmirlərsə, qoy rayonu tez tərk etsinlər ki, zərər çəkməsinlər…”
Ancaq söhbətlərdən başa düşdüm ki, Bakıdakı kürd liderlər mənim sözlərimə ehtiyatla və inamsız yanaşırlar. Onlara faciəyə görə cavabdeh olacaqlarını bildirdikdən sonra cavab verdilər ki, yaxşı, biz Kəlbəcər kürdlərini xəbərdar edərik. Yalnız bundan sonra mən vicdanım sakit halda Stepanakertə qayıtdım və  Köçəryana kürd liderləri ilə söhbətlərim barədə məruzə etdim…
Aprelin 3-də erməni qoşunları üç istiqamətdən Kəbəcərə hücuma başladılar. Azərbaycan qoşunları müqavimət göstərmədən, hər şeyi ataraq əhali ilə birgə Murovdağı aşdılar. Atışma zamanı 600-ə yaxın silahsız kürd öldü və yaralandı.
 
Yaralı kürdlər Stepanakert şəhər xəstəxanasına gətirildilər…”
Xankəndindəki xəstəxanaya neçə kəlbəcərli yaralı gətirilmişdi? Yaralılardan biri hansı tanınmış kəlbəcərlinin bacısı olduğunu bildirdi?Erməni əsirliyindəki yaralı azərbaycanlılarla görüşən Vəkil Mustafayev onların boynuna “kürd” olduqlarını necə qoydu?..
Sultan Laçın

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın