Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / “Jurnalistlər binası”nda HADİSƏ – Sakinlər: “Külək evimizi SİLKƏLƏYİR”

“Jurnalistlər binası”nda HADİSƏ – Sakinlər: “Külək evimizi SİLKƏLƏYİR”

Dünəndən başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlar Bibiheybətdəki “Jurnalistlər binası”ndan da yan keçməyib.

Modern.az xəbər verir ki, 1-ci “Jurnalistlər binası”nın yuxarı mərtəbələrində yerləşən mənzillərdən birinin eyvanınakı dəmir məhəccər qoparaq aşağı düşüb. Bu zaman həyətdə dayanmış avtomobillərdən birinə ciddi ziyan dəyib. Ağır dəmir məhəccərin həmin avtomobilin üzərinə düşməsi onun ön və yan şüşələrinin sınmasına, qabaq buferinin qırılmasına, özünün əzilməsinə səbəb olıub. Xoşbəxtlikdən həmin vaxt orada adam olmayıb.

Güclü külək bəzi mənzillərin eyvanındakı kombi qurğularına, qapı və pəncərələrə də ziyan vurub. Mənzil sahibləri deyirlər ki, eyvanların keyfiyyətsiz materiallardan hazırlanmış və yerinə yaxşı bərkidilməmiş qapı-pəncərələri hər dəfə belə kükləklər zamanı öz-özünə açılır, ya da sınıb-dağılır.

Hazırda əsən güclü külək ötən gücə “Jurnalistlər binası”nın bəzi yerlərində üzlüyün qopub düşməsinə, həyətdəki “besedka”nın zədələnməsinə də səbəb olub.

“Jurnalistlər binası”nın sakinlərinin sözlərinə görə, belə güclü küləklər zamanı 17 mərtəbəli binalar əməlli-başlı silkələnir, mənzillərdə dayanmaq onları vahimələndirir. Uşaqların və qadınların həyətə düşməsi isə təhlükəli olur.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …