Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Sosial / Jurnalistikaya qabiliyyət imtahanı: 100-ə yaxın abituriyent imtahana gəlməyib

Jurnalistikaya qabiliyyət imtahanı: 100-ə yaxın abituriyent imtahana gəlməyib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb. 

Bu barədə avqustun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilir ki, 519 abituriyentdən 98 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 374 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 15 avqust 2023-cü il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Abituriyentlər DİM-in saytında imtahan nəticələri və ətraflı informasiya ilə DİM-in rəsmi saytında tanış ola bilərlər. 

Həmçinin oxuyun

Saxta qızılla bağlı şikayətlər artır: Fərqi necə anlaya bilərik? – VİDEO

Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır. Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar ölkənin əmtəə …