Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / İyunun 17-dən hava pisləşəcək – Külək, leysan, daşqın gözlənilir

İyunun 17-dən hava pisləşəcək – Külək, leysan, daşqın gözlənilir

Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …