Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / “İTV”-nin redaktoru 1 saat liftdə qaldı – FOTO

“İTV”-nin redaktoru 1 saat liftdə qaldı – FOTO

“Bizim redaktorumuz hazırda liftlə aşağı-yuxarı hərəkət edir. Artıq yarım saatdır və hələlik onun xilas edilməsinə heç bir ümid yoxdur…” 
Moderator.az -ın rus versiyası xəbər verir ki, bu cümlələri  Britaniyanın məşhur “İTV” kanalının jurnalistlərindən biri –Pol Brend yazıb.
O, öz “Tvitter”ində redaktorunun lift macərasının video-kadrlarını da yerləşdirib.  Maykl  Riqbi adlı redaktor liftlə kiminləsə həyəcanla telefonla danışır. Lif aşağıda dayananda o, ümidlə qapıya baxır. Ancaq qapı yenidən açılmayanda  təəssüflə əlini yelləyir. 1 saata yaxın müddət keçdikdən sonra nəhayət, xilasedicilər  redaktoru liftdən azad edə biliblər. Riqbi olay yerinə axışan media həmkarlarının heç bir sualına cavab  verməyərək onlardan onun şəxsi həyatına hörmətlə yanaşmalarını istəyib.

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …