Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İtkin düşdüyü deyilən qadının ailəsi: Vüsaləni oğurlayıblar – FOTO

İtkin düşdüyü deyilən qadının ailəsi: Vüsaləni oğurlayıblar – FOTO

Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub. 
Yaxınlarının verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyindən hələ də xəbər yoxdur.  Belə ki, sentyabrın 21-də axşam saatlarında işdən evə qayıdan Ramin Hüseynov həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb.Mətbəx qapısının şüşəsi də sındırılıb. Görünür, biçarə qadın mətbəxə sığınmaq istəyib, ona hücum edən isə pəncərəni sındıraraq, qapını aça bilib və bu zaman əlini yaralayıb. Evdən oğurlanan qadını qonşular sakit və namuslu qadın kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatdırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər. Bəzi xəbər portallarında hadisə barədə gedən yanlış məlumatlar da ailəni narahat edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …