Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “İtkilər var, sülh müqaviləsi bağlayın” – TƏLAŞ

“İtkilər var, sülh müqaviləsi bağlayın” – TƏLAŞ

Ermənistanda hər il insan resursu 100 min nəfər azalır.Bunu Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib.

O, Ermənistan ordusunun 1994-cü ildən bu günə qədər 2 mindən çox itki verdiyini açıqlayıb.
Siyasətçi bildirib ki, Ermənistan vətəndaşları artıq orduda xidmət etmək istəmirlər.

“Valideynlər istəmir ki, onların övladları hərbi xidmətə getsin. Gənclər özü də istəmir. Ermənistandan kənarda minlərlə oğlan gəlib orduda xidmət etməlidir, amma onlara icazə vermirlər”-deyə o Manukyan əlavə edib.

O, Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çarəsi olmadığına da işarə edib.

“Biz hakimiyyətə deyirik ki, sülh müqaviləsi bağlayın. Əgər bacarmırsınızsa, öz yerinizi bizə güzəşt edin. Biz xalqı sülhə aparacağıq”.(Modern.az)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın