Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İt əlini dişlədi, yenə də xeyriyyəçiliyindən qalmadı… – Video

İt əlini dişlədi, yenə də xeyriyyəçiliyindən qalmadı… – Video

“İki gündür itin dişləyib parçaladığı əlimlə ora-bura ərzaq paylayıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım edən Kamil Zeynallı yazıb.

Xeyriyyə əməlləri ilə insanların rəğbətini qazanan idmançı əlinə tikiş qoydurub. Sosial şəbəkədə “əməliyyat” görüntüsünü paylaşan Kamil “Bu gün vaxt edib əlimə tikiş qoydurdum. Allaha and olsun iki gündür əlim ağrıya-ağrıya qapı-qapı ərzaqlar paylayıram. Bu gün doktor görüb dedi ki, “Sən dəlisən?! Əlin çirk edib “qanqren” edə bilərdi. Niyə gəlmirsən tikək?” Dedim əsas ərzaq paylamaqdır, insanlar acından ölməsin “. 

Qeyd edək ki, idmançı yardımları yalnız öz pulları ilə deyil, dost-tanışın maddi dəstəyilə, komanda şəklində etdiklərini açıqlayıb. 

Həmin görüntüləri təqdim edirik:

İt əlini dişlədi, yenə də xeyriyyəçiliyindən qalmadı... - Video

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …