Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / İstirahət mərkəzində kütləvi zəhərlənmə olub

İstirahət mərkəzində kütləvi zəhərlənmə olub

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.
Hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb. Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli, 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1952-ci il təvəllüdlü Sidiqə Məmməd qızı Soltanova, 1994-cü il təvəllüdlü Pikəxanım Hafiz qızı Süleymanova, Nuranə Hüseyn qızı Süleymanova, 1973-cü il təvəllüdlü Afaq Soltanəli qızı Əliyeva, 2017-ci il təvəllüdlü Məhəmməd İlkin oğlu Süleymanovun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.(Report)

Həmçinin oxuyun

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır …