Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / İstiqlalçı deputatlar Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edib

İstiqlalçı deputatlar Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edib

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə elan edib.

Oktyabrın 17-də Park İnn otelində Azərbaycanın dövlət müstəqilliyi aktının lehinə səs verən deputatlar müstəqilliyin 25-ci ildönümü münasibəti ilə dinləmələr keçirib. Dinləmələrdə 1991-ci ildə parlamentdə “Demokratik Blok”un üzvü olan bir qrup keçmiş deputat, Milli Azadlıq Hərəkatının rəhbərləri, fəalları, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edib.

İstiqlalçı deputatların tədbiri

İstiqlalçı deputatların tədbiri

Azərbaycan Ali Soveti (parlament) 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

İstiqlalçı deputatların tədbiri

İstiqlalçı deputatların tədbiri

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Bu günki dinləmələrdə 1988-ci ildə “Meydan Hərəkatı” zamanı səsləndirilən Üzeyir Hacıbəyovun “Koroğlu” uverturasının sədaları ilə başlayıb. Müstəqiliyə gedən yolda tarixi səhnələri, – Bakıda “Meydan Hərəkatı”nı, “20 Yanvar” qırğınını, Qarabağda hərbi əməliyyatları, parlament binasında baş verənləri əks etdirən sənədli film salona nostalji bir sükut gətirib.

İstiqlalçı deputatların tədbiri

İstiqlalçı deputatların tədbiri

“Azərbaycanın müstəqilliyindən 25 il keçməsinə baxmayaraq ölkədə demokratik azadlıqlar hələ də təmin edilməyib. Hakimiyyəti müstəqilliyin əleyhibə səs verənlər zəbt edib. İstiqlalçı deputatların halal haqlarına hörmət bəslənilmir”, forumun aparıcısı, istiqlalçı deputat Hacıbaba Əzimov qeyd edib.

Digər istiqlalçı deputatlar ölkədə müstəqillik uğrunda mübarizənin tarixinə nəzər salıb. Müstəqillik Günün ölkədə ümumxalq səviyyəsində qeyd edilməməsini kəskin tənqid ediblər.

“Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə on minlərlə insan canından keçib. Hətta, Azərbaycanda sovet rejiminin tərəfdarı olan insanlar belə, sonradan müstəqillik uğrunda mübarizə əzmində olan yeni nəslin yetişdirilməsində mühüm rol oynayıb. Müstəüqillik Azərbaycan xalqının şah əsəridir. Bizdən sonrakı nəsil də Azərbaycan tarixində üzərinə düşən əsəri yazmalıdır”, istiqlalçı deputat Etribar Məmmədov qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı sovet dönəmində də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi olan Məmməd Əmin Rəsulzadənin ideyalarının hakim olduğunu deyib.

“Müsavatçılıq, Azərbaycanın müstəqilliyini yaşadanlar ölkədə dəfələrlə üsyanlar edib”, o qeyd edib.

Çıxışlarda Azərbaycan iqtidarının apardığı hazırki siyasət kəskin tənqid edilib. Azərbaycan müstəqilliyinin əleyhinə olan xarici qüvvələr kimi Rusiya və Ermənistan göstərilib.

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın