Ana səhifə / Sosial / İstilik xidmətlərinin qiyməti qalxacaq? – VİDEO

İstilik xidmətlərinin qiyməti qalxacaq? – VİDEO

Daha bir istilik mövsümünü başa vurduq. Noyabrın 15-i başlayan mövsüm bu gün başa çatdı. Ancaq “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu yenə qaldı. Bu borc məsələsi ona görə sıravi insanları da maraqlandırır ki, hər dəfə istilik mövsümü başlayanda “Azəriqaz” qarşı tərəfi borcu ödəməsə qaz təchizatını dayandıracağı ilə hədələyir. Bu da vətəndaşları narahat edir. Qurumun rəhbəri bu suallara aydınlıq gətirib. O, istilik tariflərinin artıb-artmayacağı məsələsinə də toxunub.

Binalara istiliyin verilməsi mövsümü başa çatsa da, “Azəristiliktəchizat” mövsümü yenə borcla başa vurur. Hazırda qurumun “Azəriqaz”a 14 milyon manat borcu var. Bunu “Azəristiliktəchizat”ın sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, yaranan borcun müəyyən hissəsinin yeni mövsümə qədər yığılacaq vəsaitlər hesabına bağlanması planlaşdırılır. Ümümilikdə isə borcun 6 milyon manatdan çox hissəsi məcburi köçkün statusuna malik əhali kateqoriyasının quruma ödəmədiyi məbləğdir.

İlham Mirzəyev yaranan borcların müəyyən qədər azaldılması üçün istilik tariflərinin artırılması məsələsinə də münasibət bildirib.

İstilik mövsümünün daha tez başlanması məsələsinə də münasibət bildirən İlham Mirzəliyev deyib ki, onların gündəliyində belə bir məsələ var, amma bu, tək onların səlahiyyətinə aid deyil. Qurum rəsmisi növbəti mövsüm üçün Hövsan, Ələt və Lökbatanda yeni qazanxanaların təmir və tikintisinin nəzərdə tutulduğunu, həmçinin işğaldan azad edilmiş ərazilərdə də istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələri olduğunu bildirib…

Həmçinin oxuyun

“Heyvanların başını, dilini, toyuq cəsədlərini, dərisini kolbasa və sosiskaya qatırlar”

“Kolbasa və sosiska məhsulları bazarın ən çox çirklənmiş seqmentlərindən biridir. Çox təəssüflər olsun ki, bu …