Cümə , Noyabr 22 2019
Ana səhifə / Sosial / “İstədiyimiz nəticəni əldə etməmişik” – Bahar Muradova

“İstədiyimiz nəticəni əldə etməmişik” – Bahar Muradova

Milli Məclisdə “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi”, “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı keçirilir.

Təqdimat mərasimində İnsan hüquqları komitəsinin sədri, Milli Məclisin sədr müavini Bahar Muradova, hərbi prokuror Xanlar Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirəzyev, deputatlar və QHT rəhbərləri iştirak edirlər.

Mərasimdə çıxış edən B.Muradova bildirib ki, ermənilər torpaqlarımızı işğal edib, mədəniyyət abidələrini dağıdıb və bu işğal nəticəsində xeyli sayda insan məcburi köçkün olub:

“Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq, amma təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə etməmişik. Azərbaycan torpaqları hələ də işğal altındadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini daha çox məlumatlandırmalıyıq. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı isə müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər”.

B.Muradova vurğulayıb ki, ermənilərin Azərbaycana etdiklərinə obyektiv münasibət olsaydı, bu məsələ çoxdan həllini tapmış olardı: “Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Hazırda “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.

Həmçinin oxuyun

Azərbaycanda evdar qadınlara pul verilə bilər

“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan …

Bir cavab yazın