Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “İşsizliyin səviyyəsi qadınlar arasında 57,5 faiz, kişilər arasında 42,5 faiz olub”

“İşsizliyin səviyyəsi qadınlar arasında 57,5 faiz, kişilər arasında 42,5 faiz olub”

Əmək hüquqlarının həyata keçirilməsində bərabərliklə bağlı problemlər qalmaqdadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bunu Milli Məclisdəki müzakirələr zamanı söylədi.

Komitə sədri bildirdi ki, 2020-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən bir qədər çoxdur. İşsizliyin səviyyəsi isə qadınlar arasında 57,5 faiz, kişilər arasında 42,5 faiz olub. “2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı kişilər üçün 830,2 manat, qadınlar üçün 525,6 manat olub. 2019-cu illə müqayisədə 2020-ci ildə qadınların orta aylıq nominal əməkhaqqının kişilərin orta aylıq nominal əməkhaqqına nisbəti 50,5-dən 63,3 faizə qalıb”,- B.Muradova bildirdi.

Komitə sədrinin sözlərinə görə, 2020-ci il ərzində Həmkarlar İttifaqlarına əmək hüquqlarının pozulması ilə bağlı daxil olub. 1346 müraciətin 632-si qadınlar, 714-ü kişilər tərəfindən olub.

Əmək Müfəttişliyi Xidməti isə il ərzində 955 pozuntuya görə 1.716.050 manat cərimə tətbiq edilib. Lakin Xidmət bu pozuntuların cins üzrə təsnifatını təqdim etməyib. “1 aprel 2021-ci il tarixinə iqtisadi fəaliyyət növləri üzrə fərdi sahibkarların cins bölgüsündə qadınların sayı 21,3 faiz, kişilərin sayı isə 78,7 % təşkil edib. Müxtəlif fəaliyyət növləri üzrə fərdi sahibkarların gender bölgüsündən məlum olur ki, təhsil sahəsi istisna olmaqla, bütün fəaliyyət sahələrində sahibkar kişilər üstünlük təşkil edir. 2020-ci ildə Komitənin beynəlxalq təşkilatların dəstəyi ilə birgə icra etdiyi müxtəlif layihələr çərçivəsində məşğulluğuna dəstək verilmiş 107 qadın mikro sahibkarlıq fəaliyyətinə başlamışdır. Qadınlar arasında özünüməşğulluğun və sahibkarlığın inkişafı istiqamətində digər qurumlar tərəfindən də tədbirlər həyata keçirilmişdir. Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci il ərzində 31272 qadın işlə təmin edilmişdir, 3193 qadın özünüməşğulluq proqramına, 451 qadın peşə hazırlığına cəlb olunmuşdur, 29 qadın sosial iş yerlərində işlə təmin edilmişdir”, B.Muradova daha sonra deyib. Onun sözlərinə görə, 2020-ci il ərzində kənd təsərrüfatı təyinatlı layihələrin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 448 qadın sahibkara 6753,0 min manat, 6478 kişi sahibkara 86346,0 min manat məbləğində dövlət dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci il ərzində 74 qadın sahibkara 5.2 milyon manat güzəştli kredit verilib. Bu layihələr hesabına 297 yeni iş yerinin yaradılması nəzərdə tutulub. “AQSİA,“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ)”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və KOBİA tərəfindən qadın sahibkarlığının inkişafına yönəlik bir sıra tədbirlər həyata keçirilmiş, təlimlər aparılmış yeni biznes subyektləri yaradılmışdır. Bütün bunlara rəğmən, sahibkarlıq (xüsusilə orta) subyektlləri arasında qadınların xüsusi çəkisinin az olması bu sahədə aparılan işlərin gücləndirilməsini tələb edir. Xüsusilə kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi vacibdir. Dövlət Komitəsi bu sahədə xüsusi Fəaliyyət Planının üzərində işləri davam etdirir”, Komitə sədri hesabatında bildirib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …