Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / İşsizliklə bağlı videosu yayılan qaziyə rəsmi cavab: Vakansiyaları izləmək tövsiyə edilib

İşsizliklə bağlı videosu yayılan qaziyə rəsmi cavab: Vakansiyaları izləmək tövsiyə edilib

Dövlət Məşğulluq Agentliyi işlə bağlı videomüraciət edən qazi Nahid Məmmədova cavab verib.

Agentlikdən bildirilib ki, Cəlilabad rayon sakini, Vətən müharibəsi qazisi Məmmədov Nahid Saməddin oğlu və qardaşı Məmmədov Amid Saməddin oğlu 02.06.2020-ci il tarixdən 07.08.2020-ci il tarixə, həmçinin Amid Məmmədov təkrar olaraq 19.10.2020-ci il tarixdən 25.12.2020-ci il tarixə kimi “DOST İş” mərkəzi tərəfindən işlə təmin ediliblər.

“Hər iki qardaşın əmək müqaviləsinin müddəti başa çatdığı üçün müqaviləyə xitam verilib. Onlara mütəmadi olaraq 14 saylı Ərazi məşğulluq mərkəzi ilə əlaqə saxlamaq və ya elektron şəkildə vakansiyaları izləmək tövsiyə edilib. Sonrakı dövrdə yeni vakansiyalar yaransa da, qardaşlardan heç biri Ərazi məşğulluq mərkəzinə müraciət etməyiblər” – qeyd olunub.

Həmçinin oxuyun

İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı …